Dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi Birliyinin (AİB) sammiti keçiriləcək.
Turaz.org İya Malkinanın sözlərinə istinadən xəbər verir ki, Avrasiya İqtisadi Şurası dekabrın 9-da Bişkekdə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasının gündəliyinə dair təkliflər alıb.
Onun sözlərinə görə, AİB-ə daxil olan dövlət başçıları AİB daxili bazarında maneələrin aradan qaldırılması, 2023-cü il üçün beynəlxalq fəaliyyətin əsas istiqamətləri, vahid bazar qaydalarına tabe olan xidmət sektorlarının siyahısında dəyişikliklər, AİB çərçivəsində və digər dövlətlərlə sənaye əməkdaşlığı layihələrinin maliyyələşdirilməsinə dair qayda, mənbə və mexanizmləri ilə bağlı məsələləri nəzərdən keçirməyə hazırlaşırlar. Şuranın iclası onlayn rejimdə keçirilib. Danışıqlar gündəliyinə 40-dan çox məsələ daxil edilib. Görüşdə Belarus tərəfdən baş nazirin müavini İqor Petrişenko iştirak edib. Şuranın növbəti sessiyası dekabrın 14-də Moskvada keçiriləcək.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/agdamin-azadliga-qovusmasindan-iki-il-otur/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək