Oktyabr 23, 2021

“Delfin” tropik qasırğası Yaponiyanın Sakit okean sahillərinə yaxınlaşır

Yaponiyanın Sakit okean sahillərinə leysan yağışları və güclü külək gətirən “Delfin” tropik qasırğasının ölkənin şimal-şərq ərazilərinə böyük ziyan vuracağı gözlənilir.
Turaz.org Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, sentyabrın 22-də günorta saatlarına olan məlumatlara görə Yaponiyanın cənubunda yerləşən qasırğa saatda 15 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürətinin saatda 108 kilometrə bərabər olduğu bildirilir.
Meteoroloqların proqnozlarına görə, sentyabrın 24-dən 25-nə keçən gecə qasırğa Yaponiyanın şərq və qərb sahillərinə çatacaq.
Sentyabrın 24-də Tokay və Kanto regionlarında, həmçinin İzu adalarında küləyin sürətinin saatda 86,4 kilometrə, arabir saatda 126 kilometrə çatacağı gözlənilir. Həmçinin sentyabrın 22-dən başlayaraq Yaponiyanın şərq və qərb sahillərinə güclü yağış yağacağı proqnozlaşdırılır.
Bununla əlaqədar sakinlər hava haqqında məlumatları diqqətlə izləməyə, leysan yağışlara və güclü küləyə qarşı hazır olmağa dəvət edilirlər.

Müxbir: Turaz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/turkmenistanla-efqanistan-birge-demir-yolu-layihelerini-muzakire-edib/

Həmçinin bax:https://turaz.org/tailandda-pandemiyanin-ikinci-dalgasi-ucun-bir-milyon-konullu-seferber-olunur/

Translate »