Oktyabr 28, 2021

“Denver” klubu seriyada ilk qələbəsini qazandı

Milli Basketbol Assosiasiyasında yarımfinal mərhələsi davam edir. İlk 2 oyunda “Los Anceles Leykers”ə uduzan “Denver Naggets” bu dəfə azarkeşlərini sevindirib. Görüşün əvvəlindən təşəbbüsü ələ alan “Denver” təmsilçiləri son period öncəsi 18 xallıq üstünlük əldə ediblər. 4-cü hissədə “Los Anceles Leykers” basketbolçuları fəallaşsalar da bu məğlubiyyətdən xilas olmaq üçün yetərli olmayıb. Turaz.org xəbər verir ki, beləliklə 114:106 hesabı ilə qalib gələn “Denver Naggets” seriyada ilk qələbəsini əldə edib.
Qeyd edək ki, məğlubiyyətə baxmayaraq oyunun qəhrəmanı “Los Anceles Leykers”in lideri Lebron Ceyms olub.O, 30 xal, 11 məhsuldar ötürmə və 10 ribaundla diqqət çəkib. Ötən oyunda son saniyədə 3 xallıq atışla komandasına qələbə qazandıran Entoni Deyvis 27 xal toplayıb. Qalib komandanın heyətində isə Camal Mürrey 28 xal, 12 mıəhsuldar ötürmə və 8 ribaundla qələbədə mühüm rol oynayıb. Bu komandalar arasında 4-cü görüş 2 gün sonra keçiriləcək.
Xatırladaq ki, seriyada 4 qələbə qazanan komanda həlledici oyuna vəsiqə əldə edəcək. Hazırda ümumi hesab 2:1 Los Anceles klubunun xeyrinədir.

Müxbir: turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/sumqayitin-uzvune-xarici-klublardan-teklif-var/

Həmçinin bax:https://turaz.org/baki-slavyan-universitetinde-novbeti-elektron-modullar-istifadeye-verilib/

Translate »