Sentyabr 25, 2022

Deputat: Azərbaycan dövləti sahibkarlığın dəstəklənməsi siyasətini davam etdirir

Deputat: Azərbaycan dövləti sahibkarlığın dəstəklənməsi siyasətini davam etdirir

Azərbaycan dövləti mütəmadi olaraq sahibkarlara dəstək nümayiş etdirir. Xüsusən pandemiya dövründə sahibkarlara dəstəyin artırılması, həm iqtisadi paket, həm dolayı təşviq tədbirləri ilə sahibkarların dəstəklənməsi ondan xəbər verir ki, ən həssas dönəmlərdə belə Azərbaycan dövləti sahibkarının yanındadır və sahibkarlığın dəstəklənməsi siyasətini davam etdirir. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


O bildirib ki, sahibkarların da dövlət dəstəyinə uyğun olaraq məcburi öhdəlikləri vaxtında yerinə yetirməsi vacibdir. Pandemiya da göstərdi ki, bu gün qeyri-rəsmi məşğulların sayı kifayət qədər çoxdur. Çoxlu sayda vətəndaşlarımız var ki, sahibkarlıq subyektləri onlarla əmək müqaviləsi bağlamır. Çox təəssüf ki, qeyri-leqal və ya gizli iqtisadiyyatda çalışaraq vergidən yayınan sahibkarlar var. Onlar bir tərəfdən vergidən yayınırlar, digər tərəfdən isə haqsız rəqabət yaradırlar. Bu da təbii ki, iqtisadi inkişafa mane olan amillərdən hesab olunur. O baxımdan sahibkarların dövlət qarşısında fiskal və məcburi öhdəlikləri zamanında yerinə yetirməsi vacibdir.

Digər tərəfdən pandemiya sahibkarların korporativ sosial məsuliyyətinin gücləndirilməsi məsələsini də gündəmə gətirir. “Prezidentin ötən müşavirələrdə qeyd etdiyi kimi, sahibkarlıq subyektlərində korporativ idarəetmə formalaşmalıdır.
Bu, şəffaflığın artırılması, səmərəliliyin yüksəlməsi və gizli iqtisadiyyatın leqallaşdırılması baxımından çox vacibdir. Digər tərəfdən isə sahibkarların korporativ məsuliyyəti artmalıdır. Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya daxil olmaqla, həssas dönəmlərdə vətəndaşlara dövlətlə yanaşı, sahibkarlar dəstək nümayiş etdirir. Korporativ sosial məsuliyyət sahibkarların vətəndaşları dəstəkləməsi və fərqli sosial humanitar layihələrin reallaşması baxımından çox vacibdir. Dövlətin artan dəstəyi fonunda sahibkarların da korporativ məsuliyyətinin formalaşması, ən əsası korporativ idarəetməni tətbiq etməsinə ehtiyac var ki, daha şəffaf sahibkarlıq subyektləri formalaşsın, digər tərəfdən isə sahibkar dövlətlə yanaşı pandemiya dönəmi daxil olmaqla, həssas dönəmlərdə vətəndaşlara birbaşa yardım, dəstək nümayiş etdirsinlər”, – deyə deputat qeyd edib.

Mənbə: azertag.az
Müxbir:Hüseynova Jalə

Həmçinin bax:https://turaz.org/robot-kodlasdirma-tehsili-nedir-mezmunu-nedir/

həmçinin bax:https://kafkazh.com/tuqdamenin-turk-olmasi-il%c9%99-bagli-faktlar/

Translate »