Xaricdə yaşayan Azərbaycan mənşəli şəxslər üçün müxtəlif imtiyazlar vəd edən qanun layihəsi üçün Diasporla İş üzrə Dövlət Komitə öz təkliflərini verib.
Qurumun mətbuat katibi Vəsilə Vahidqızı BBC News Azərbaycancaya bildirib ki, komitə təkliflərini təqdim edib və hazırda müvafiq qurumlarda onun müzakirəsi gözlənilir.
Qanun layihəsində nə var?
Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsində “soydaş” anlayışı müəyyənləşdirilib.
Komitənin rəsmisi Şahin Camalov BBC News Azərbaycancaya bildirib ki, bu qanun layihəsi xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq: “Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara “soydaş vəsiqəsi” veriləcək”.
Azərbaycan parlamentində nə dəyişməlidir?
İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? Bir çox sualınıza cavablar
Azərbaycanlılar Almaniyada necə yaşayır?
Onun sözlərinə görə, dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür: “Məsələn, soydaş vəsiqəsi olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Amma imtiyaz təkcə bununla bitməyəcək.
Onlar Azərbaycanın orta ixtisas və ali təhsil müəssisələrində dövlət hesabına təhsil ala biləcəklər, o cümlədən, vergi sistemində, ölkəyə investisiya qoyarkən onlar xarici vətəndaşlarla bir tutulmayacaqlar. Bir üstünlük də odur ki, soydaş vəsiqəsi daşıyan xaricdəki azərbaycanlılar Azərbaycanda işləmək arzusuna düşsələr, o zaman onlar əmək miqrantı icazəsinə ehtiyac duymayacaqlar, yəni belə bir icazəni almaqdan azad ediləcəklər”.
Şahin Camalov qanun layihəsi üzərində işin artıq yekunlaşdığını və onun yaxın vaxtlarda parlamentə göndəriləcəyini bildirib.
Mənbə:bbc.com/azeri
Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova
Həmçinin bax :https://tehsilim.org/bdu-nun-elmi-kitabxanasi-xususi-karantin-dovrunde-oxuculara-onlayn-xidmeti-davam-etdirir/
Son Xəbərlər
Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
Bizi yeni müharibə gözləyir: daha çox itirəcəyik – Liparityan
MM sədri Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib