Oktyabr 23, 2021

Dilçilik İnstitutunun 75 illiyinə həsr olunan konfransa məruzə qəbulu davam edir

Dilçilik İnstitutunun 75 illiyinə həsr olunan konfransa məruzə qəbulu davam edir

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaradılmasının 75 illiyi münasibətilə “Dilçiliyin aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məruzələrin qəbulu davam edir.
Noyabrda keçiriləcək konfransa Azərbaycan dilçiliyinin aktual problemləri, ədəbi dil və dil normaları qloballaşma şəraitində, ümumi və nəzəri dilçilik məsələləri, türkoloji tədqiqatların müasir aspektləri, terminologiya və onomastika məsələləri, linqvistik mətnşünaslıq və dil tarixi bölmələri üzrə məruzələr qəbul olunur.
Məruzələr А4 formatda, “Timеs New Roman” şriftində 12 ölçüdə, 1,5 intervalla olmalıdır. Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı qeyd edilir. Məruzənin mətni ingilis dilində xülasə ilə birlikdə 6 səhifə olmalıdır.
Təşkilat komitəsi məruzələrin seçilməsi, düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), geri qaytarılması hüququna malikdir.
Məruzələr sentyabrın 30-dək qəbul olunur.

Mənbə:azertag.az
Müxbir: Zahidə Nəbizadə

Həmçinin bax:https://turaz.org/affa-nin-emekdasi-beynelxalq-oyuna-teyinat-alib/

Translate »