Oktyabr 22, 2021

DİM bu tarixdə SAT imtahanı keçirəcək

DİM bu tarixdə SAT imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzində avqustun 29-da SAT imtahanı keçiriləcək.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar

SAT imtahanı 2020-ci il avqustun 29-da DİM-in Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq tələb olunan sənədlərlə (şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport və buraxılış vərəqəsi – Admission Ticket) birlikdə imtahan binasında olmalıdırlar. Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana gələrkən yuxarıdakı sənədlərlə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər. Sənəd şagird tərəfindən imzalanır.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

SAT imtahanları haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış ola bilərsiniz.
Mənbə:azedu.az
Müxbir:Aytac Cəfərova

Həmçinin bax:https://azertag.az/xeber/_quotSkendiya_quotnin_kapitani_Reqibimiz_yeterince_gucludur-1570289

Translate »