Oktyabr 24, 2021

DİM-də oktyabrın 14-də TOEFL iBT imtahanı keçirilib


DİM-də oktyabrın 14-də TOEFL iBT imtahanı keçirilib
İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Mərkəzdən TurAz.org-a https://turaz.org/ verilən məlumata görə, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 13 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.

Növbəti TOEFL iBT imtahanının noyabrın 8-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/


Müxbir: Turaz .org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://tehsilim.org/atu-ile-emekdasliq-eden-turkiye-ali-mektebleri-destek-mektublari-gonderirler/

Həmçin bax:https://kafkazh.com/azerbaycan-felsefesinden-yarpaqlar-eli-bey-huseynzade/

Həmçin bax:https://turaz.org/mdu-da-elmi-konfrans-kecirilecek/

Translate »