Sentyabr 30, 2022

DİM-in təşəbbüsü ilə onlayn təlim keçirilmişdir

DİM-in təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət qulluğu sistemində səriştə (kompetensiya) modelinin tətbiqi məqsədilə beynəlxalq ekspertlər ilə onlayn təlim keçirilmişdir


Turaz.org xəbər verir ki, təlim onlayn platforma üzərindən ingilis, eləcə də Azərbaycan dillərində təqdim olunub


2020-ci il 12 noyabr tarixində DİM-in təşəbbüsü ilə təşkil olunmuş onlayn təlim OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və Avropa İttifaqının SIGMA proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət qulluğu sistemi üçün səriştə (kompetensiya) modelinin tətbiqi istiqamətində planlaşdırılmış fəaliyyətin hazırlıq mərhələsini əhatə edir.

Təlimin əsas məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsi istiqamətində DİM tərəfindən aparılmış fəaliyyətin təhlil olunması, həmçinin sonrakı fəaliyyət planının müzakirə edilməsi olub.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov DİM-in beynəlxalq əlaqələr istiqamətindəki fəaliyyətində SIGMA ilə əməkdaşlığa xüsusi önəm verildiyini, həmçinin SIGMA ekspertləri ilə əvəllər icra olunmuş layihələrin uğurla həyata keçirilməsini qeyd edib. DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn dövlət qulluğunda səriştə modelinin tətbiqinin həyata keçirilməsi istiqamətində DIM tərəfindən görülən işlər və əsas çətinliklər haqqında təqdimatla çıxış edib.

Təlim səriştə modelinin hazırlanması prosesində beynəlxalq təcrübənin Azərbaycan kontekstinə uyğunlaşdırılması, modelin işləmə metodu, işçi qrupundan başqa digər tərəfdaşların iştirakı, həmçinin fəaliyyət planının həyata keçirilməsi üçün Azərbaycandan olan tərəfdaşların cəlb olunması, SIGMA ekspertlərinin (İrlandiya, Belçika) eləcə də cəlb olunmuş yerli ekspertin rolu və töhfəsi ilə bağlı müzakirələrlə davam edib.

Qeyd edək ki, DİM tərəfindən dəstəklənən bu onlayn təlim 2020-ci il 28 may, 2-4 iyun tarixlərində keçirilən “Dövlət qulluğunda vəzifələrin təhlili və səriştələrin müəyyən olunması”na dair onlayn təlimlərin davamıdır.


Müxbir: Nağızadə Ayşən

Həmçinin bax:https://kafkazh.com/susa-seherinin-tarixi/

Həmçinin bax:https://turaz.org/bayden-arizonada-qazanaraq-trump-uzerindeki-liderliyini-mohkemlendirdi/

Translate »