Fevral 3, 2023

DİN: Şənbə və bazar günləri onlarla şəxsə cinayət işi başlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Turaz.org DİN-nin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Dekabrın 12-13 tarixlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə onlardan 54 nəfər evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.

Müxbir: Turaz.org xüsusi müxbiri Əhmədli Lamiyə

Həmçin bax:https://turaz.org/pasinyanin-oglu-gizli-sekilde-muxalifetcilerin-seklini-cekir-foto/

Həmçin bax:https://turaz.org/olke-erazisinde-yalniz-bu-saheler-fealiyyet-gosterecek-siyahi/

Translate »