Oktyabr 23, 2021

Diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun press-attaşelərinin Şuşa şəhərinə səfəri başlayıb.

Turaz.org xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsindəki paylaşımda deyilir.

“Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir”, – paylaşımda deyilir.

Müxbir: Əzizə Əlizadə

Translate »