Aprel 2, 2023

Diqqət: Sonuncu kurslara və magistrlara 14 həftəlik istehsalat təcrübəsi keçiriləcək


Turaz.org xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sonuncu kurs tələbələri və magistrlar ölkənin müxtəlif müəssisələrində 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər.
Bildirilib ki, Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev videogörüşdə IV kurs tələbələrinin istehsalat və II kurs magistrların elmi tədqiqat təcrübələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 14 həftəlik istehsalat təcrübəsi mayın 25-dək, elmi tədqiqat təcrübəsi isə martın 16-dək universitetin tərəfdaşı olan müəssisələrdə keçiriləcək. Ümumilikdə isə 1750 tələbə və magistr təcrübə keçəcək.

Xüsusi Müxbir: İsmayılova Gülər

Həmçinin bax: turaz.org/tehsil-nazirliyindn-derslerle-bagli-aciqlama/

Həmçinin bax: tehsilim.org/universitetlerde-enenevi-tedris-qismen-berpa-olunub/

Translate »