Oktyabr 24, 2021

“Distant təhsilin tətbiqi artıq qaçılmaz görünür” – Rektor Ədalət Muradov


“Təkcə ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD-19-a yoluxma sayını 4,06 dəfə artıra bilər.”

TurAz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib:

O, bildirib ki, UNEC mütəxəssisləri dərslərin ənənəvi formada bərpasının pandemiyaya təsirini qiymətləndirməyə çalışıblar:

“Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Dərslərin ənənəvi yoxsa distant olacağı haqqında fərqli fikirlər səsləndirilir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mütəxəssisləri dərslərin ənənəvi formada bərpasının COVİD19 pandemiyasına təsirini qiymətləndirməyə çalışmışlar. Qiymətləndirmənin nəticəsi ondan ibarətdir ki, təkcə ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD-19-a yoluxma sayını 4,06 dəfə artıra bilər.”

Rektor distant təhsilin keyfiyyəti məsələsinə diqqət çəkib:

“Bütün hallarda, distant təhsilin tətbiqi artıq qaçılmaz görünür. Bu yenilik əvvəllər hətta müzakirə olunmayan bir məsələni, distant təhsilin keyfiyyəti məsələsini daha da aktuallaşdırmaqla gündəmə gətirmişdir. Təhsillə bağlı yaranmış yeni mühitdə ölkəmizdə dünyanın aparıcı universitetlərilə rəqabət apara biləcək distant təhsil modelinin qurulmasının zəruriliyini və hətta mümkünlüyünü nəzərə alaraq düşünürük ki, distant təhsilin keyfiyyəti məsələsinin daha aktual, daha vacib olmasının nəzərə alınması təhsilin gələcəyi baxımından faydalı olar.”

Qeyd edək ki, ölkəmizdə növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr davam edir.

Mənbə: AzEdu.az
Müxbir: TurAz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

https://turaz.org/skendiyanin-kapitani-reqibimiz-yeterince-gucludur/

Translate »