Oktyabr 3, 2022

Dneprdəki soydaşlarımız Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günləri münasibətilə dəstək aksiyası keçiriblər

Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günləri ilə əlaqədar Dnepr şəhərində soydaşlarımızın dəstək aksiyası keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşəbbüsü ilə təşkil edilən aksiyada diaspor fəalları və soydaşlarımız uzunluğu 150, eni isə 6 metr olan Ukraynanın dövlət bayrağı ilə birgə yürüş keçiriblər.
Şəhərin mərkəzində baş tutan yürüşdən əvvəl çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov bildirib ki, Azərbaycan və Ukrayna arasında dostluq və strateji münasibətlər mövcuddur. Ukraynada yaşayan soydaşlarımız ictimai, siyasi proseslərdə həmişə fəal iştirak edir, Ukrayna cəmiyyətinə uğurla inteqrasiya olunurlar.
Aksiyada Azərbaycanın dövlət bayrağı da dalğalandırılıb.
Xatırladaq ki, avqustun 23-ü Ukraynanın Dövlət Bayrağı Günü, avqustun 24-ü isə Müstəqillik Günü kimi qeyd edilir.

Menbe:azertac.az
Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva

Həmçinin bax:https://tehsilim.org/nyu-cersi-tanzaniya-ve-peruda-tv-dersleri-onlayn-oyrenmeni-evez-etdi/

https://arabic-media.com/arabicnews.htm

Translate »