Sentyabr 30, 2022

Donald Tramp Cozef Baydenlə debatların daha tez keçirilməsini istəyir

ABŞ Prezidenti Donald Tramp prezident postuna seçkilərin namizədləri arasında televiziya debatlarının ölkə vətəndaşlarının poçt vasitəsi ilə növbədənkənar səsvermə imkanı əldə etmədən öncə keçirilməli olduğunu hesab edir.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə Fox Business telekanalına müsahibəsində deyib.
“Debatlarda iştirak etmək istəyirəm. Seçicilərin bülletenləri poçt vasitəsi ilə göndərilmədən öncə heç olmasa bir debat keçirilməlidir”, – deyə ABŞ Prezidenti bildirib.
Televiziya debatlarının sentyabrın 29-da keçirilməsi planlaşdırılan ilk raundunda Donald Trampın rəqibinin ölkənin sabiq vitse-prezidenti Cozef Baydenin olacağı gözlənilir. O vaxta qədər ABŞ ştatlarının yarıdan çoxunun hakimiyyət orqanları artıq bülletenləri göndərməyə başlayacaq. Onların arasında ən birincisi Şimali Karolina ştatı olacaq. Bu ştatın seçiciləri sentyabrın 4-dən başlayaraq bülleten alacaqlar.
“İnsanlar debatları izləmədən səsvermə imkanı qazanacaqlar. Bülletenlər göndərilmədən debatların heç olmasa, bir raundu baş tutmalıdır”, – deyə Donald Tramp sözlərinə əlavə edib və debatların daha tez keçirilməli olduğunu deyib.
Donald Tramp bundan öncə prosedurun şəffaf olmaması və bülletenlərin hesablanmasının çox uzun çəkməsi səbəbindən poçt vasitəsi ilə səsverməni dəfələrlə tənqid edib. Onun sözlərinə görə, bu üsulla səsvermə zamanı mümkün qanun pozuntuları səbəbindən bu, ABŞ tarixinin ən ədalətsiz seçkisi ola bilər.
ABŞ Demokratik partiyasının nümayəndələri isə pandemiya şəraitində belə səsvermənin seçki məntəqəsində koronavirusa yoluxma riski olmadan iştirakın yeganə üsulu olduğunu hesab edirlər.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.
Mənbə:azertag.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://kafkazh.com/beynelxalq-siyasetde-qadinlarin-yeri/

https://tehsilim.org/naxcivanin-turizm-imkanlari-ve-turistlik-istirahet-bolgeleri-movzusunda-onlayn-mesgele-kecirilib/

Translate »