Oktyabr 22, 2021

Donald Trampın xeyriyyəçi “addımı”…

Donald Tramp 3 noyabrda keçiriləcək seçkilərdən əvvəl kilsələrdən birində dua mərasimi keçirib.


Turaz.org xəbər verir ki, yüzlərlə insanın qatıldığı ayində Donald Tramp tibbi maska taxmayıb və yenə öz davranışları söz-söhbətə səbəb olub. Ayin sırasında isə kilsə keşişi Trampa səslənərək: ” Tanrı mənə dedi ki, Prezidentinizin ikinci dəfə seçkilərdə qələbə qazanması üçün şərait yaradacağam.”- deyib.


Tramp həmiçinin nəzir qutusuna da cibindən çıxardığı 20 dollarlıq bir dəstə salıb. Deyilənə görə Tramp ümumilikdə 160 dollar məbləğində kilsəyə nəzir verib.

Translate »