Dekabr 9, 2022

Dövlət başçısı: “Bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var”

“Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var”.

 

Turaz.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

 

“Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik”, – Azərbaycan Prezidenti qeyd edib.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/astanada-azerbaycan-ve-rusiya-prezidentleri-arasinda-gorus-olub/

Translate »