Oktyabr 19, 2021

Dövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə “İxtisas fənləri üzrə test toplusu” adlı vəsait nəşr edib

Vəsaitdə müalicə işi, pediatriya istiqaməti üzrə rezidenturaya qəbul proqramına müvafiq olaraq, daxili xəstəliklər bloku (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya), cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı), mamalıq və ginekologiya və uşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatalogiya) fənləri üzrə test tapşırıqları verilib.

Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan tibb təhsili müəssisələrinin tələbələri, eləcə də tibb təhsili müəssisələrinin müəllimləri də istifadə edə bilərlər.

Toplunu DİM-in Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən əldə etmək və ya www.abiturient.az saytından sifariş etmək olar.

Müxbir: Nağızadə Ayşən 

Həmçinin bax: tehsilim.org/xaricde-doktoranturaya-indiden-hazirlas/

 

Translate »