Noyabr 28, 2021

Dövlət İmtahan Mərkəzində 2021-ci il noyabrın 6-da TOEFL iBT imtahanı keçirilib

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 19 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının noyabrın 13-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: dim.gov.az/activities/exams/toefl/

 

Müxbir: Nağızadə Ayşən

Həmçinin bax:turaz.org/susada-radio-televiziya-yayim-stansiyasi-tikilecek/

Həmçinin bax:tehsilim.org/zefer-gunune-hesr-edilmis-tops-festivali-kecirilib/

Translate »