Oktyabr 20, 2021

Dövlət İmtahan Mərkəzində sentyabrın 26-da SAT imtahanı keçiriləcəkdir.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.Turaz.org DIM-ə istinadən xəbər verir ki,SAT imtahanı 2020-ci il sentyabrın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati

binasında təşkil olunacaq.İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1.    Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;2.    Buraxılış vərəqəsi – Admission Ticket;3.    İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə*. * İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalı şəkildə gətirməlidir.

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.SAT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə

gəlməlidirlər.Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə

olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə

etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.Qeyd edək ki, DİM pandemiya şəraitində SAT imtahanlarının ölkə ərazisində keçirilməsinə icazəsi olan yeganə SAT Test Mərkəzidir.SAT imtahanları haqqında daha ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

Müxbir:Turaz.org saytının xüsusi müxbiri Nağızadə Ayşən

Həmçin bax:https://turaz.org/mektebehazirliq-qruplarina-qeydiyyat-yekunlasir/

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »