Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in avqustun 26-sı saat 11:30-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 147 nəfər uğur qazanıb. Onlardan 46-sı Dövlət Statistika Komitəsində, 30-u Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 8-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 4-ü Abşeron Rayon Məhkəməsində, 2-si Sumqayıt Şəhər Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.
Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə
Həmçinin bax: https://kafkazh.com/somatik-xesteliklerden-eziyyet-ceken-insanlarin-psixologiyasi/.
https://turaz.org/baki-seheri-uzre-muzdlu-iscilerin-emekhaqqi-9598-manat-olub/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ