Dövlət qulluğu üzrə müsahibədə indiyədək 152 nəfər uğur qazandı
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AzEdu.az DİM-in avqustun 27-si saat 12:50-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 152 nəfər uğur qazanıb. Onlardan 48-i Dövlət Statistika Komitəsində, 31-i Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 10-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 4-ü Abşeron Rayon Məhkəməsində, 2-si Sumqayıt Şəhər Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.
Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə
Həmçinin bax:https://turaz.org/baki-seheri-uzre-muzdlu-iscilerin-emekhaqqi-9598-manat-olub/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”