Dekabr 8, 2021

DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparatının və yerli orqanlarının saxlanılması xərclərinin 102,9 milyon manat olacağını proqnozlaşdırır.

Turaz.org xəbər verir ki, bu barədə Palatanın “DSMF-nin 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,6% çoxdur.

Müxbir: Əzizə Əlizadə

Translate »