Mart 26, 2023

DSX-nin əsgəri özünü güllələyib

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

TURAZ.ORG xəbər verir ki,bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.

Müxbir: Əzizə Əlizadə

Translate »