Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” layihəsinin bağlanışı olub.Turaz.org Azərtac-a istinadən xəbər verir
ki,bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. Onlayn formatda keçirilən və Aİ nümayəndəliyinin “Facebook” səhifəsində yayımlanan tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Peşə
Təhsili üzrə Dövlət Agentliyinin və regional peşə təhsili və təlimi mərkəzlərinin nümayəndələri iştirak ediblər.Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində Əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti qeyd edib ki, Avropa İttifaqı PTT mərkəzlərində keçirilən praktiki təlimin
keyfiyyətinin artırılmasına, PTT mərkəzlərinin infrastruktur və təlim avadanlığının müasirləşdirilməsinə çox böyük önəm verir. Bu təkmilləşdirmə işləri tələbələrin məktəbdə keçdiyi praktik təlimin keyfiyyətini artıracaqdır ki, bununla peşə təhsili və təlimi iqtisadi
inkişafın mühüm aparıcı qüvvəsinə çevriləcək, Azərbaycanda novator və rəqabətədözümlü biznes şirkətləri dəstəklənəcək.Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov vurğulayıb ki, peşə təhsili müəssisələrinin modernləşdirilməsi və özəl
sektor ilə əməkdaşlığın dərinləşdirilməsi agentliyin gündəliyində olan aktual məsələlərdəndir. Beynəlxalq əməkdaşlıq çərçivəsində sözügedən istiqamətlər üzrə Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən peşə təhsil müəssisələrinə göstərilən dəstək
çox önəmlidir.İştirakçılar Aİ nümayəndəliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə Azərbaycanda duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması
istiqamətində həyata keçirdikləri səmərəli əməkdaşlığa və Azərbaycanda peşə təhsili və təliminə marağın artması üçün verdikləri töhfələrə görə öz minnətdarlıqlarını bildiriblər.Bağlanış mərasimində iştirakçılar layihənin uğurları barədə daha çox məlumat
əldə etmək imkanı qazanaraq Qax Peşə Liseyinin tam təmirli və lazımi avadanlıqlarla təchiz edilən metal və ağac emalı üzrə emalatxanalarının və Qəbələ Dövlət Peşə Təhsili mərkəzində bütün vasitələrlə təchiz
olunan videostudiyanın virtual açılış mərasimlərini də izləyiblər.Eyni zamanda, İsmayıllı Peşə Təhsili və Təlimi Mərkəzinin istehsal etdiyi şərab məhsulları təqdim olunub.Xatırladaq ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin həyata keçirdiyi
layihə 2017-ci ilin sentyabr ayında start götürüb, 2020-ci ilin iyun ayında başa çatıb. Dəyəri 2.2 milyon avro olan layihə Almaniyanın dual peşə təhsili və təlimi modelinə əsaslanmaqla Qəbələ, İsmayıllı və Qax rayonlarında üç pilot PTT mərkəzində
duala bənzər peşə təhsili və təlimi yanaşması tətbiq edərək kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminə maraq yaratmaq və əmək bazarının tələblərinə uyğunluğu artırmaq məqsədilə icra olunub.
Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə
Həmçin bax:https://kafkazh.com/goranboy-rayonu/
Həmçin bax:https://tehsilim.org/ali-tehsil-muessiselerine-telebe-qebulu-musabiqesinin-neticeleri-elan-olunub/
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür