Dekabr 9, 2021

Dünya çempionatı: Azərbaycanın gimnastika komandası finala vəsiqə qazanıb

Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə başlayıb.

Turaz.org-un məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq 5 topla kompozisiyanı yerinə yetirib. Onlar bu alətlə hərəkətlərdə 39,600 xala layiq görülüb.

Daha sonra komanda 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 38,000 xal toplayıb. Komanda iki çıxışın cəminə görə 77,600 xalla 6-cı pillədə qərarlaşıb.

Komanda 5 topla çıxışda 6-cı, 3 top və 2 gürzlə 8-ci yeri tutaraq hər iki hərəkətlərdə finala yüksəlib.

Qeyd edək ki, final çıxışları oktyabrın 31-də olacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »