Fevral 2, 2023

Dünyanın ən kiçik insanı: 62 santimetr boy, 5 kq çəki… – Cyoti Amqe

İnsanlar adətən boylarından, çəkilərindən şikayət edirlər. Kimisi arıqlamaq, kimisi kökəlmək, kimisi isə daha hündür olmaq üçün çalışır. Lakin bu vəziyyət ilə barışıq olanlar da az deyil.

Turaz.org dünyanın ən kiçik insanı haqqında məlumat verəcək.

Cyoti Amqe – Hindistanın Nagpur şəhərində yaşayır.

28 yaşı olan Cyotinin boyu 62 santimetr, çəkisi isə 5 kiloqramdır. Doğulanda çəkisi 3 kq olub. Boynun uzanması isə 3 yaşında dayanıb. Həkimlər boyunun uzanmasının dayanamasına səbəb kimi hormon əskikliyini göstərirlər. 3 yaşından 28 yaşına qədər bədən ölçülərində demək olar ki, heç bir dəyişiklik olmayan Cyoti cırtanlıq adı verilən genetik problem yaşayır. Həkimlər ana və atasından mutant genin irsi yolla keçdiyini deyirlər. Hətta dişləri belə üz quruluşuna görə çox böyükdür. İncə səsi və kiçik bədəni onu Hindistanda hər kəsdən fərqli həyatı yaşamağa məcbur edir. Boyu balaca olduğu üçün qaça, yaxud tullana bilmir. Yalnız yeriyə bilir. Bununla yanaşı, hormonlarının düzgün inkişaf etməməsi ayağındakı sınığın sağalma müddətini uzadır.

Uşaqlığını isə yaşayamayan Cyoti boyu balaca olduğu üçün yaşıdları ilə vaxt keçirə bilməyib. Məsələn, məktəbdə tənəffüs vaxtı müəllimlər otağında əyləşib. Məktəbdə rahat olması üçün valideyni ona bədən ölçülərinə uyğun xüsusi parta hazırlayıb. Yuxarı siniflərə çatanda isə artıq yaşıdları onun boyunun inkişafdan qaldığını başa düşür. Lakin bütün bunlara baxmayaraq ali təhsil ala bilib.

Cyoti adətən geyimlərinin eskizini özü hazırlayıb, tikdirir. Ayaqqabı ölçüsü bilinmədiyi üçün ayaqqabıları da ona özəl hazırlanır. Ayaqlarının altı çox kiçik olduğuna görə ayaq üstə qala bilmək üçün corabının içinə plastik içlik yerləşdirir və bu yola ayağını böyüdür. Ayaq biləkləri isə bəzi insanların barmaqlarından da incədir.

Otağında hər şey onun boyuna görə dizayn edilib və buna görə də şəxsi işlərini rahatlıqla görə bilir.

Digər insanlarla eyni qidaları yesə də, bədən ölçülərinə görə porsiyaları çox kiçik olur. Vegeteriyan olan Cyoti normal yeməklər yesə də, ən çox pizza, əriştə kimi qidaları sevir.

Evlənmək və ana olmaq haqqında isə heç vaxt düşünməyib. Bu mövzu barədə danışmağı belə sevmir. Adətən gecə saat 2-də yatır, gündüz saat 13-də oyanır. Sosial mediada aktiv olan bu xanım oyandıqdan sonra ilk olaraq sosial şəbəkə hesablarına baxır. Şəkil çəkdirməyi və yeni geyimləri çox sevir. Makiyaj etməyi çox sevir və evdən bayıra makiyajsız əsla çıxmır. Əlləri balaca olduğu üçün daha kiçik ölçülü telefon istifadə edir.

Uşaq olanda hər kəs onun çox balaca olduğunu, yaşamayacağını desə də, 12 yaşı olanda dünyanın ən balaca boylu insanı kimi Ginnesin Rekordlar kitabına düşür. Elə bundan sonra bütün həyatı dəyişib. Rekordlar kitabına düşdükdən sonra dünya miqyasında tanınamağa başlayır. Özünə aid klinikası var. Aktrisa kimi fəaliyyət göstərir və gələcək karyerasını da bu istiqamətdə davam etdirmək istəyir. “Dünyanın ən kiçik qızı” və “Ən kiçik qadını”, “Ən kiçik əlləri və ayaqları” rekordlarına sahibdir.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

 

Translate »