Noyabr 29, 2022

Dünyanın ən uzun adamı öldü : tabutunu…

Robert Perşing Vadlov tibb tarixində tanınan ən uzun adamdır.

“Turaz.org” xarici mediaya istinadən xəbər verir ki, o, İllinoys ştatının Alton şəhərində anadan olduğu üçün “Alton nəhəngi” kimi də tanınıb. Dünyasını dəyişəndə onun boyu 2,72 m, çəkisi isə 220 kq olub. R.P.Valdovun qarşısıalınmaz böyüməsinə əsas səbəb “hipofiz hipertrofiyası” (hipofiz vəzinin həddindən artıq böyüməsi) və bədəninin böyümə hormonunun həddindən artıq istehsal etməsi olub. O, 1937-ci ildə 2,6 metr boyu ilə bütün zamanların ən uzun insanı rekordunu qırıb. 4 iyul 1940-cı ildə “Milli Meşə” festivalında iştirak etdiyi zamanı isə ayağına infeksiya düşüb. Həkimlərin təcili əməliyyatlarına və müdaxilələrinə baxmayaraq, Robert iyulun 15-də 22 yaşında yuxuda olarkən dünyasını dəyişib. 1940-cı il iyulun 19-da onun dəfnində 40 minə yaxın insan iştirak edib. Onun tabutunun çəkisi yarım ton olub və 12 nəfər daşıyıb.

Translate »