Dekabr 9, 2022

Düşənbədə Qırğızıstan –Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası barədə görüş keçirilib

Düşənbədə Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası barədə Qırğızıstan Nazirlər Kabinetinin – Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Qamçıbəy Taşiyev və Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saimumin Yatimovun sədrliyi ilə Qırğızıstan Respublikası və Tacikistan Respublikasının hökümət nümayəndələrinin müntəzəm iclası keçirilib.

 

Turaz.org Qırğızıstan Nazirlər Kabinetinin mıtbuat xidmıtindən əldə edilən məlumata istinadən bildirir ki, sözü gedən iclasda müvafiq protokollar imzalanıb.

Tərəflər növbəti iclasın Qırğızıstan Respublikası ərazisində keçirilməsinə razılaşıb.

İclas dostluq və qarşılıqlı anlaşma abu-havasında keçirilib.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/bas-konsulluq-partlayis-qurbanlari-arasinda-qazaxistan-vetendaslarinin-olub-olmadigini-yoxlayir/

Translate »