Oktyabr 23, 2021

Düşmən Ağdamın Baharlı qəsəbəsini atəşə tutub-FOTOLAR

Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir.

Turaz.org-un Qarabağ bürosunun xəbərinə görə, hazırda rayonun məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsi atəşə tutulur. Yaralılar var.

Nəticədə 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu, 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu yaralanıb. Onların hər ikisi məcburi köçkündür. 

Translate »