Oktyabr 21, 2021

Ədəbiyyat üzrə 2021 Nobel mükafatını qazanan Abdulrazak Gurnah kimdir?

Ədəbiyyat üzrə Nobel Mükafatı, Afrika qitəsinin şərqində Tanzaniyada iki adadan ibarət olan muxtar idarə olunan Zanzibarda anadan olan roman yazıçısı Abdulrazak Gurnaha verildi.

Turaz.org olaraq sizə Abdulzarak Gurnahdan bəhs edəcəyik. Abulzarak Gurnah kimdir? Hansı əsərlərin müəllifidir? Haralıdır? Nobel mükafatına hansı səbəblə layiq görülüb?

Abdulzarak Gurnah 1948-ci ildə Şərqi Afrika sahilindəki Zanzibarda anadan olub. Ana dili Afrikada səksən milyon insan tərəfindən danışılan suahili dilidir. İbtidai təhsilini İngilis məktəblərində bitirib, uşaqlıqda qatıldığı Quran kursunda ərəbcə öyrənib. Gəncliyində 1964-cü ildə Zanzibar qiyamının  və sonrakı sosialist rejiminin qarışıq illərinin şahidi olub.

1968-ci ildə İngiltərəyə gedib. Ali təhsilini Kent Universitetində bitirib. 1982-ci ildə doktorluq dissertasiyasında Şərqi Afrika, Karib dənizi və Hindistan ədəbiyyatında müstəmləkə ədəbiyyatının təsir proqnozlarını təhlil etmişdir. Postkolonial ədəbiyyat üzrə ixtisaslaşmışdır. Hal hazırda Kent Universitetində İngilis ədəbiyyatı professorudur.

Müəllif əvvəllər 1994-cü ildə Booker mükafatına və 2001-ci ildə Los Angeles Times Kitab Mükafatına layiq görülmüşdür. On roman və bir sıra qısa hekayələr yazmış 73 yaşlı yazıçı mükafatdan əlavə 10 milyon İsveç kronu (1,1 milyon dollar) pul hədiyyəsi də alacaq. Qərarını açıqlayan Akademiya, Gurnahı “mədəniyyətlər və qitələr arasındakı müstəmləkəçiliyin təsirlərinə və qaçqınların taleyinə qarşı barışmaz və şəfqətli münasibət” üçün təriflədi. Yazıçının ədəbi yaradıcılığı ilə məqalənin geri qalanında tanış ola bilərsiniz.

1987-ci ildə yazdığı ilk romanı olan “Memory of Departure”da (Gediş xatirəsi) romanında gənclik illərini Afrikada keçirən, daha sonra ölkəyi tərk edən Həsənin yaddaşında postkolonyal koloniya olan Afrikanın mövcud durumunu analiz edib. 1988-ci ildə yazdığı ikinci romanı Pilgrim’s Way (Həcc yolu) başlığını Winchesteri Canterburydəki Tomas Beckett məbədi ilə əlaqələndirən yoldan alıb. Daha yaxşı bir həyat ümidi ilə İngiltərəyə gələn Tanzaliyalı David, burada miqrantlara qarşı olan münasibətdən qurtulmaq üçün geçmişini, Tanzaniyadakı həyatını silməyi düşünür.

1990-cı ildə yazdığı Dottie romanında Dottie Badoara Fatma Balfour xarakteri David xarakterinə bənzəyir. Eyni daxili vəziyyətdə olan Dottie nəticəni keçmişindən qaçmaqda görür. Fatma Balfourun mələz kimliyi, irq ve etnik mənsubiyyət problemi, miqrant və sürgün olması xarakterin üzərində travma təsirlərinin gücü dağıdıcı olmuş, həmin vəziyyətdə olan şəxslərin simvona çevrilmişdir.

1994-cü ildə yazdığı Cənnətdə romanında, Gurnah, Yaqub peyğəmbərin oğlu Yusif peyğəmbərin Quranda bəhs edilən hekayəsini 1900-1914-cü illərin Şərqi Afrikasına uyğunlaşdırır. Burada Afrika qitəsi barəsində bəhs edilən hadisələrdən, köləlikdən, kaloniyalardan, müstəmləkə vəziyyətindən, islamofobiyadan bəhs edilir.

Yazıçının 2001-ci ildə qələmə aldığı By the Sea (Dəniz qırağında)romanı, imperiya pedaqogikasının Afrikanın yerli ənənələri ilə qarşılaşmasının səmərəli paradokslarından bəhs edir. Saleh Ömər, Quran oxumağın ənənəvi qüruru ilə müstəmləkə təhsili ilə qazanılan dünya bilikləri arasında çıxılmaz vəziyyətdə qaldıqca, yeni Afrikanın ziddiyyətləri əti  və sümüyü geyinir.

2011-ci ildə yazdığı Son Hədiyyə romanı 1996-cı ildə qələmə aldığı Səssizliyə Heyranlıq romanı ilə birlikdə silsilə romandır. Səsizliyə Heyranlığın adsız qəhrəmanı ölkəsini tərk edən Zanzibarlı bir müxalifdir. Britaniyaya yerləşdikdən sonra müəllimliklə məşğul olmuşdur. Həyatının ən sabit görünən dönəmində fərdi tarixini yazmağa qərar verir, lakin o, qeyri-sabit, ürkək, natamam olan mənliyi ilə qarşı-qarşıya qalır.

Son Hədiyyə əsərində isə Gurnah, bu adsız qəhrəmanının hekayəsini mədəni fərqlilikləri və yaddaşa həkk olunmuş təsvir edilə bilməyən ağrıları keçən bir hekayəyə gətirir. Gurnahın həqiqət anlayışı, həm müstəmləkə dövrünün pessimist, həm də satıcı təsvirlərini və vətən-millət şovinizmlərini rədd edən əsl axtarışa əsaslanır.

Romanlarından başqa, Gurnah Salman Rushdie, Anthony Burgess, Joseph Conrad, Vidiadhar Surajprasad Naipaul, Zoe Vicomb kimi müəlliflər haqqında ədəbi icmallar, tənqidi yazılar yazdı və kitablar hazırladı.

Müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/turkiye-ve-ukrayna-xin-bascilari-qara-denizdeki-tehlukesizliyi-muzakire-edibler
Həmçinin bax: kafkazh.com/dunyada-bas-veren-miqrasiya-prosesleri

Translate »