Dekabr 9, 2021

Əfqanıstan çıxılmaz ərzaq böhranı ilə üzləşir, BMT xəbərdarlıq edir

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə, milyonlarla əfqan bu qış aclıqla üzləşəcək.

Turaz.org xəbər verir ki, əhalinin yarıdan çoxu – təxminən 22,8 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşir, 5 yaşdan kiçik 3,2 milyon uşaq isə yetərsiz qidalanmadan əziyyət çəkə bilər.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru David Beasley “Əfqanıstan indi ən pisi olmasa da, dünyanın ən pis humanitar böhranlarının yaşandığı ölkələrin arasındadır” deyə bildirdi.

Əfqanıstan ABŞ-ın qalan qoşunlarının son hissəsini çıxardıqdan və yaraqlıların ölkəni yenidən ələ keçirdikdən sonra avqust ayında Talibanın əlinə keçdi.

Ölkənin ələ keçirilməsi xarici yardımdan asılı, onsuz da davamsız olan iqtisadiyyatı zəiflətdi.

Qərb dövlətləri yardımı dayandırdı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da ödənişləri dayandırdı.

Tərcüməçi: Aytac İsrayılova 

Həmçinin bax: turaz.org/qubadli-rayonunun-ehalisinin-sayi-aciqlanib/

Translate »