İyun 5, 2023

Əfqanıstan xarici işlər naziri Özbəkistana səfər edəcək!

Əfqanıstan xarici işlər naziri Özbəkistana səfər edəcək.Avqustun 20-də Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov Əfqanıstandakı həmkarı Hanif Atmar ilə telefon danışığı keçirdi.

Danışıqlar zamanı tərəflər Əfqanıstan xarici işlər nazirinin Özbəkistana gözlənilən səfərinin gündəliyini müzakirə etdilər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə həmçinin enerji, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlcədən bildirilmişdi ki, nazirlər avqustun 20-də Əfqanıstanın Balx vilayətində “Sugdiana trans” şirkətinin nümayəndələrinə silahlı hücum hadisəsini də müzakirə etmişdilər. 

Atmar, ölkənin səlahiyyətli orqanlarının hadisənin şərtləri ilə əlaqədar hərtərəfli araşdırma aparacağını və günahkarların məsuliyyətə cəlb olunacağını vurğuladı.

Bu zaman Özbəkistan tərəfi Əfqanıstandan IRA ərazisində fəaliyyət göstərən özbək şirkət və müəssisələrinin işçilərinin müdafiəsi üçün rejimin gücləndirilməsini istədi.

Mənbə : kun.uz

Müxbir : TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə

Həmçinin bax:https://tehsilim.org/endelusden-tehsille-bagli-aciqlama/

https://turaz.org/endelus-muxtar-hokumeti-tehsille-bagli-aciqlama-verib/

Translate »