Dekabr 9, 2021

Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirləri Birgə Bəyanat qəbul ediblər

Əfqanıstana qonşu dövlətlərin, o cümlədən İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın, eləcə də digər iştirakçı ölkələrin Çin və Rusiyanın xarici işlər nazirləri birgə bəyanat yayaraq Əfqanıstanın problemlərinin yeganə həllinin bütün etnik qrupları əhatə edən hərtərəfli siyasi struktur olduğunu vurğulayıblar.

Turaz.org xəbər verir ki, Nazirlər Əfqanıstanın milli suverenliyinə, siyasi müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə, habelə daxili işlərinə qarışmamağa dəstək olduqlarını vurğulayıblar.

Onlar Əfqanıstanın sabitliyinə, onun inkişafına, firavanlığına və qonşu dövlətlərlə ahəngdar münasibətlərə ümid etdiklərini bildiriblər.

Nazirlər həmçinin Əfqanıstandakı ağır siyasi-hərbi, sosial-iqtisadi və humanitar vəziyyətdən dərin narahat olduqlarını bildiriblər və qeyd ediblər ki, bütün etnik qrupların iştirakı ilə hərtərəfli siyasi struktur Əfqanıstanın problemlərinin yeganə həlli yoludur.

Bəyanatda Taliban da daxil olmaqla bütün iştirakçı tərəflər millətin gələcəyini yaxşılaşdırmaq üçün siyasi danışıqları və məsləhətləşmələri davam etdirməyə çağırır. Qeyd olunub ki, Əfqanıstan ərazisi qonşu ölkələr üçün heç bir təhlükə törətməməli, cinayətkar, terrorçu və separatçı qruplar tərəfindən istifadə edilməməlidir.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/qazaxistanda-74-milyondan-cox-insan-covid-19-a-qarsi-tam-peyvend-olunub/

Translate »