Sentyabr 25, 2022

Əfqanıstanda qadınlar aksiya keçirib, ölənlər var

Bu gün Əfqanıstanın paytaxtı Kabildə qadınlar aksiya keçirib.

Turaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar “Taliban”ın ölkəyə girməsinin 1 ili münasibətilə küçələrə çıxıblar.

Qadınlar azadlığın, eləcə də təhsil və işləmək hüququnun müdafiəsi şüarları ilə çıxış ediblər. Hakimiyyət nümayəndələri mitiqi yatırmaq məqsədilə atəş açıblar. Aksiyada ölənlərin olduğu bildirilir.

Xatırladaq ki, Əfqanıstanda “Taliban” hakimiyyətə gələndən qadınlarla bağlı sərt qanunlar qəbul edir.

 

Müxbir: Əzizə Əlizadə

Translate »