Oktyabr 19, 2021

Əfqanıstanın yeni rəhbərliyi özbək dilini və mədəniyyətini inkişaf etdirməyə davam edəcək

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Əfqanıstanın yeni rəhbərliyinin ölkədə özbək dilini və mədəniyyətini inkişaf etdirməyə davam edəcəyini bildirib.

Turaz.org xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Yusub Kabulcanov Kamilovdan sitat gətirib: “Uzun müddət Əfqanıstanda yaşayan özbək soydaşlarımızın dili və mədəniyyəti yeni hökumət dövründə inkişaf etməyə davam edəcək”.

Oktyabrın 7-də Özbəkistan Xarici İşlər Naziri Kabildə Əfqanıstanın Müvəqqəti Hökuməti Başçısının siyasi məsələlər üzrə müavini Molla Əbdül Kabir və xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaqi ilə danışıqlar aparıb.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/turkiye-ve-iraq-xin-leri-arasinda-siyasi-meslehetlesmeler-kecirilib
Həmçinin bax: kafkazh.com/qaraxaniler-dovleti

Translate »