Oktyabr 3, 2022

Ekspert: Elektrik enerjisinin generasiyası milli iqtisadiyyatımızın sütun formalaşdıran istiqamətlərindəndir

Elektrik enerjisinin generasiyası milli iqtisadiyyatımızın sütun formalaşdıran istiqamətlərindəndir.
Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.
O bildirib ki, “Qobu” yarımstansiyasının tikintisi və eyni zamanda, 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması onu göstərir ki, Azərbaycanda elektrik enerjisi generasiyası bilavasitə dövlətimizin başçısının nəzarətindədir və bu adekvat yanaşmanın göstəricisidir. Çünki elektrik enerjisinin generasiyası milli iqtisadiyyatımızın sütun formalaşdıran istiqamətlərindəndir. Qeyd etməliyəm ki, “Abşeron” Elektrik Stansiyasına elektrik enerjisinin istehlakının artımı şəraitində böyük yük düşür və buna görə də elektrik enerjisinin generasiyası şaxələndirilməlidir.
Ekspert qeyd edib ki, Azərbaycanın elektrik enerjisi istehsalçısı kimi imkanlarının daha da genişləndirilməsi daxili bazarla yanaşı, həm də xarici bazarda rəqabət şəraitinin ölkəmiz üçün gücləndirilməsi deməkdir. Azərbaycanda gözlənilən sənayeləşmə prosesi elektrik enerjisinə tələbatın bir qədər də artımına səbəb olacaq. “Sevindirici haldır ki, bu tədbirlər sənayeləşmə və ixracla bağlı tələbin artımı prosesindən əvvəl həyata keçirilir. Həmçinin dövlətimizin başçısı tərəfindən qabaqlayıcı iqtisadi idarəetmə siyasətinin həyata keçirilməsinin də şahidi oluruq ki, bu, olduqca əhəmiyyətlidir. Azərbaycandakı demoqrafik vəziyyət onu deməyə əsas verir ki, elektrik enerjisinə tələbat artacaq və ölkəmizin bu istiqamətdə enerji təhlükəsizliyinin təmin edilməsi enerji generasiyası ilə bilavasitə əlaqəlidir. Bu gün elektrik enerjisi generasiyasına dövlət yanaşmasının adekvatlığı və bu istiqamətdə görülən tədbirlərin məhz dövlət tərəfindən həyata keçirilməsi, Azərbaycanda elektrik enerjisi generasiyasının perspektivləri elektrik enerjisi istehsalı sahəsinin ölkəmizdə kifayət qədər dayanıqlı olması ilə bağlı fikir bildirməyə əsas verir”.

Mənbə: azertag.az
Müxbir:turAz.org xüsusi müxbiri Hüseynova Jalə

Həmçinin bax:https://tehsilim.org/bmu-emekdaslarinin-meqalesi-ingilterede-derc-olunub/

https://www.tehrantimes.com/

Translate »