Hikmət Eren: “Sakarya” yatağındakı qaz ehtiyatı Türkiyə və Azərbaycan üçün yeni birgə layihələrə əsas ola bilər
Türkiyənin Qara dənizdəki milli sektorunda “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatının aşkar edilməsi ölkəmizdə yeni iqtisadi mühit yaradacaq. Bu vəziyyət Türkiyə və Azərbaycanın yeni birgə layihələr həyata keçirməsinə böyük stimullaşdırır. Bu fikirləri Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Eren ifadə edib.
Türkiyənin onilliklər boyu neft məhsullarına və təbii qaza böyük məbləğdə vəsait sərf etdiyini, xaricdən asılı olduğunu diqqətə çatdıran ekspert deyib: “Sakarya” yatağında müəyyən edilən zəngin “mavi yanacaq”dan səmərəli istifadə etmək Türkiyə hökumətinin qarşısında dayanan mühüm vəzifələr sırasındadır. Azərbaycan dəniz yataqlarındakı karbohidrogen ehtiyatlarının işlənməsi məsələsində bütün dünyada lider ölkələrdən sayılır. Digər tərəfdən, Türkiyə Azərbaycanın sərmayə yatırması üçün ən əlverişli məkandır. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan ilə Türkiyə arasında neft və qaz sektoruna dair, yaxud da bu məhsullarla bağlı digər istehsal sahələrində yeni layihələrin həyata keçirilməsi müzakirə mövzusu olacaq”.
Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Hüseynova Jalə
Həmçinin bax:https://tehsilim.org/mesumiyyet-muzeyi/
Həmçinin bax:https://turaz.org/belarusiya-ve-ya-ag-rusiya/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib