“Kartof yetişdirilməsi çox sadə, fəqət saxlanması çətin bir məhsuldur. Kartofun 15-20 dərəcə, nisbi rütubətliyi 80-85 faiz arasında sərin və günəş şüalarından uzaq bir yerdə mühafizə olunmalıdır. Əgər kartofun ömrünü daha çox uzatmaq istəyiriksə, saxlanma şəraiti müsbət 7-10 dərəcədə sərin və qaranlıq yerdə saxlanmalıdır”.
Bunu Turaz.org-a açıqlamasında Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Onun sözlərinə görə, gün işığı və istilik (düzgün olmayan saxlanma şəraiti) kartofun tərkibində solanin maddəsinin yaranmasına səbəb olur:
“Solanin maddəsi zəhərlənmə halları da başda olmaqla, mədə bulantısı, qusma, ishal, baş ağrısı və mədə spazmı meydana gətirir. Bu kimyəvi maddə yaşıl rəng almış kartofun qabıq hissəsinin altında olur. Ona görə də yaşıl rəng almış və cücərmiş kartofu istehlak etmək tövsiyə olunmur. Kartofun tərkibində nitrat səviyyəsi 250 mq olmalıdır. Təbii ki, istehlakçılar bunu yerində yoxlaya bilməz. Çünki nitrat ölçən cihaz hər ailənin büdcəsinə uyğun deyil. Ancaq alıcıların satış məntəqələrindən toksikoloji rəy tələb etmək hüquqları var və tələb edə bilərlər”.
Bəzən satışda texniki kartoflara da rast gəlmək mümkün olduğunu deyən mütəxəssis bildirib ki, alıcılar səriştəsiz olduqları üçün texniki kartofu normal kartofdan seçə bilmirlər:
“Nəticədə bu cür kartofları alıb istehlak edirlər. Texniki kartofu normal kartofdan seçmək üçün bəzi ip ucları var. Bu ip uclarından biri, texniki kartofun normal kartofa nisbətən rənginin yaşıla çalmasıdır. Texniki kartofun üst hissəsi normal kartofa nisbətən daha çox kələ-kötür olur. Bu cür kartofları qızardarkən daha çox yağdan istifadə olunur ki, buda israfçılığa gətirib çıxarır”.
Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Ağayeva
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycanda Müstəqillik Günüdür