Oktyabr 20, 2021

Elbaşı Avrasiya Media Forumu iştirakçılarını salamlayıb

Turaz.org xəbər verir ki, Qazaxıstanın Birinci Prezidenti Elbaşı-Nursultan Nazarbayev XVII Avrasiya Media Forumunun iştirakçılarını salamlayıb.

“Son illər ərzində Forum fikir mübadiləsi kimi qəbul edilən bir media platformasına çevrilib. Tanınmış siyasətçilər, ekspertlər və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri burada qlobal narahatlığın ən aktual problemlərini müzakirə edir, onların həlli üçün yeni yanaşmalar hazırlayırlar.”

Xarici işlər naziri Krombek Koşkarbayev Elbasının müraciətini oxudu. Burada qeyd edildiyi kimi, ilk dəfə onlayn olaraq keçirilir. Elbaşı teleqramında bu il Qazaxıstanın müstəqilliyinin 30 illiyini qeyd etdiyini vurğulayıb.

“Bu gün Qazaxıstanın qarşısında 2050 -ci ilə qədər dünyanın ən qabaqcıl 30 dövlətinə qoşulmaq kimi yeni və iddialı bir vəzifə durur. Xalqın birliyi ölkəni həmişə irəli apardığına görə Qazaxıstan bu strateji məqsədə çatacaq.” Yekun olaraq, Elbası bütün müzakirələrin səmərəli keçməsini diləyib.

Tərcümə edən: Gülgün Novruzova

Həmçinin bax:https://turaz.org/bmt-efqanistana-humanitar-yardim-gostermek-ucun-ozbekistanda-logistika-merkezi-yaradib/

Translate »