Oktyabr 19, 2021

Elçin Quliyev Xəzərdə döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Xəzər dənizində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verib.

Turaz.org xəbər verir ki,bubarədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

DSX rəisi təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyinin təmin edilməsinin Xidmətin əsas vəzifələrindən olduğunu vurğulayıb, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.

Qeyd edək ki, sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı DSX-nin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/azerbaycan-xin-fransali-merin-adini-qara-siyahiya-salacaq/

Həmçinin bax:tehsilim.org/azerbaycan-kollecleri-2/

Translate »