Dekabr 8, 2021

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir

Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir.

Turaz.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçünikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

 

Müxbir: Əzizə Əlizadə

Translate »