Dekabr 5, 2022

Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb.

Turaz.org xəbər verir ki,bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.

Müxbir: Əzizə Əlizadə

Hemçinin bax: https://turaz.org/azerbaycan-milli-sehersalma-forumunun-yekun-beyennamesi-qebul-olunub/

Translate »