Aprel 2, 2023

Əli Əsədovla Ulubəy Marifov görüş keçirəcək

Qırğızıstan Nazirlər Kabinetinin sədri Ulubəy Marifov, Belarus Respublikasının Minsk şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Turaz.org Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki , görüş zamanı hökumət başçıları və nümayəndə heyətləri üzvləri inteqrasiya və əməkdaşlığın inkişafı məsələlərinin geniş spektrini müzakirə edəcəklər.

Tədbir çərçivəsində Qırğızıstan Nazirlər Kabinetinin sədri Ulubəy Marifov və Azərbaycanın Baş naziri Əli Hidayət oğlu Əsədov ikitərəfli görüş keçirəcəklər.

Tərəflər ikitərəfli ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə etmək niyyətindədirlər.

Bundan əlavə, nümayəndə heyətlərinin rəhbərlərini Belarus Prezidenti Aleksandr Lukaşenkonu qəbul edəcəklər.

Tərcüməçi: Şirinzadə Aliyə

Həmçinin bax: turaz.org/serdar-umurzakov-ile-sakir-karqar-termize-sefer-edibler/

Translate »