Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.
Turaz.org xəbər verir ki, bu barədə “Zakon” məlumat yayıb.
Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.
Azərbaycanın Baş naziri Qazaxıstan xalqının çətin dönəmində öz dəstəyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək və dərinləşdirmək istədiklərini qeyd edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İran parlamenti sədrinin birinci müavini Azərbaycana səfərə gəlib
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb