Noyabr 28, 2022
ABŞ Özbəkistan

Elizabet Kennedi Trüdo Özbəkistana səfər edib

 

ABŞ Dövlət Departamentinin dünya ictimaiyyəti ilə əlaqələr üzrə köməkçi vəzifəsini icra edən Elizabet Kennedi Trüdo Özbəkistana səfər edib.

 

Turaz.org bildirir ki, o, həmçinin Nepal, Birləşmiş Ərəb Əmirlikləri və Qırğızıstana səfər edəcək. ABŞ Dövlət Departamentinin məlumatına görə, Əfqanıstan xalqına hərtərəfli dəstək, sosial bərabərlik, media azadlığı və iqlim dəyişikliyi kimi məsələlər müzakirə olunacaq.

Elizabet Trüdo Daşkənddəki Vebster Universitetində “Peşəkar Jurnalistlər üçün İngilis dili” kursunun məzunları qarşısında çıxış edəcək, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə dəyirmi masada müzakirələr prosesində iştirak edəcək və Cizzəxdə qadınlar üçün yaradılan şəraitlə tanış olacaq.

Translate »