İyun 1, 2023

Elmar Babanlı: Cüdoçularımız Avropa çempionatına hazırlığı davam etdirirlər

Noyabrda Praqada keçiriləcək Avropa çempionatında cüdoçularımız da iştirak edəcəklər. Qitə çempionatı Tokio Olimpiadasına lisenziya xarakteri daşıdığına görə, cüdoçularımız üçün çox önəmlidir. Yığma komandamız bu mötəbər yarışa hazırlığını davam etdirir. Məşqlər, hələlik açıq havada keçirilir.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.

E.Babanlı Avropa çempionatında iştirak edəcək komandanın heyətinin müəyyənləşdiriləcəyini bildirib. O deyib ki, milli komandanın qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşması üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası tərəfindən lazımi şərait yaradılır.

Mənbə: azertag.az

Müxbir : TurAz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

https://kafkazh.com/zenbur-jurnali/

Translate »