Tesla-nın qurucusu Elon Musk, Apple-ın baş icraçı direktoru Tim Kuk-un 2017-ci ildə avtomobil şirkətini geri almaq üçün danışıqları dayandırdığını söylədi.
Turaz.org bbc.news -a istinadən xəbər verir ki,Cənab Musk çərşənbə axşamı Twitter-də, şirkətinin “ən qara günləri” zamanı Apple rəhbərinə müraciət etdiyini bildirdi.
O vaxt Tesla 60 milyard dollar (45 milyard funt) dəyərində idi, lakin indi bu məbləğ dəyəri 10 qatına qədər artdı.
Cənab Musk, Model 3 elektrikli avtomobilini istehsal edərkən maddi cəhətdən çətinlik çəkdiyi üçün Tesla-nın Apple-a mümkün satışını müzakirə etməyi planlaşdırdığını söylədi.
Nağd böhran dövründə milyarder təşəbbüskar işçilərinə fabrikinin “istehsal cəhənnəmi” dövrü ilə qarşılaşdığını söylədi.
Həftələr sonra istehsaldakı darlıqları düzəltməyə çalışarkən fabrikin damında yatdığını belə dedi.
Bununla birlikdə, Tesla problemlərin öhdəsindən gəldi və o vaxtdan bəri mövcud qazancını artırdı.
Bu həftə elektrikli avtomobil istehsalçısı S&P 500 indeksinə qatılan ən dəyərli şirkətlərdən biri oldu.
Müxbir: Turaz.org xüsusi müxbiri Məmmədova Zöhrə
Tərcümə etdi:Aysu Quluzadə
Həmçin bax:https://turaz.org/yaxin-gunlerde-190-manat-odenisleri-olacaq/
Son Xəbərlər
Ermənistan KTMT-dən çıxır? – Vəziyyət mürəkkəbdir
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…