Oktyabr 2, 2022

Emin Əmrullayev məktəblədə rus bölməsi üzrə yerlərin məhdud olmasından danışıb

 

“Azərbaycanda rus bölməsi üzrə yerlər hər zaman məhdud olur. Bu gün ölkədə rus bölməsi üzrə 14 min yer var”.

Turaz.org xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bir stol arxasında bir şagird oturmalıdır: “Əgər 18 min adam rus bölməsində təhsil almaq istəyirsə, bizdən asılı olmayaraq, “yox” deyilir. Çünki əlavə şagird sayı yeni siniflərin açılması deməkdir. Bu da bir sinifdə 40 şagirdin təhsil alması deməkdir. Belə olan halda da kadr problemi ortaya çıxır. Ümumilikdə rus bölməsi üzrə siniflərin saxlanılması müəyyən çətinlik yaradır. Biz bu istiqamətdə keyfiyyət və sayı saxlayırıq. Odur ki, bizim imkanlarla mövcud şərait uzlaşmalıdır. Hesab edirəm ki, heç bir valideyn övladının zəif təhsil almasını istəməz”.

Müxbir: Əzizə Əlizadə

Translate »