Sentyabr 25, 2022

Əndəlüs Muxtar Höküməti təhsillə bağlı açıqlama verib

Əndəlüs Muxtar Hökuməti hesab edir ki, həyəcan üçün heç bir səbəb yoxdur. 2500 tibb bacısına sağlamlıq mərkəzləri və məktəblər arasında əlaqə rolunu oynayır. https://turaz.org/ İspaniyanın nüfuzlu https://www.elmundo.es saytına istinadən deyir ki:

Əndəlüs heyəti, sinfə qayıtmadan əvvəl bütün müəllim heyətində (143.000 işçi) bir koronavirus testi keçirəcək və bunu hər üç ayda bir dəfə təkrarlayacağını açıqladı. 2500 tibb bacısı təhsil mərkəzləri ilə sağlamlıq mərkəzləri arasında “əlaqə” rolunu oynayacaq ki, pandemiya ilə əlaqəli bütün qərarlar sağlamlıq meyarları ilə qəbul olunsun.

Əndəlüs Muxtar Hökuməti son həftələrdə kursun başlanması üçün tətbiq edəcəyi protokolun təfərrüatlarını açıqlayıb: bunun üçün ümumilikdə 600 milyon avro sərmayə qoyması gözlənilir. Bendodo bildirib ki, məktəbin ilk günləri bütün mərkəzlərdə şagirdlərə hər mərkəzdə tətbiq olunan gigiyena və hərəkət qaydaları ilə tanış olmaq öyrədiləcəkdir.

Əndəlüs Muxtar Höküməti, “ailələrə əminlik, təhlükəsizlik və dəstək mesajı” verməkdə israr edir, baxmayaraq ki, bu bəzi valideyn platformalarının təhlükəsizlik tədbirlərini qeyri-kafi hesab etdiklərinə görə ilin əvvəlində etiraz aksiyası keçirməsi gözlənilir.

Bendodo, belə bir “narahatlığın” olduğunu da etiraf edib, ancaq vəziyyətin
nəzarət altına alındığını da sözlərinə əlavə edib.

Təhsil “dövlət məsələsidir” və “ideoloji döyüşlərə” məruz qalmamalıdır.
Sitatın sonu…

İspancadan tərcümə etdi Nağı Səfərov

Həmçin bax: https://tehsilim.org/mikayil-musfiqin-ev-muzeyi/

Translate »